Xutorda narkotik qəbul edən şəxs öldü

xutorda-narkotik-qebul-eden-sexs-oldu
Oxunma sayı: 2368

Bakıda dozadan artıq narkotik vasitə qəbul edən şəxs ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində (“Xutor” adı ilə tanınan ərazi) baş verib. Həmin küçədəki mənzillərdən birində 1974-cü il təvəllüdlü V.Hacıyev narkotikin təsirindən ağır vəziyyətə düşüb. O, xəstəxanaya aparılarkən ölüb.

Bildirilir ki, 48 yaşlı V.Hacıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı da yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza