Yağışdan sonra təbiət rəngdən iki “körpü saldı” - Video

yagisdan-sonra-tebiet-rengden-iki-korpu-saldi
Oxunma sayı: 217

Mil-Muğan bölgəsində yağan yaz yağışı qeyri-adi təbiət mənzərəsi yaradıb.

“Qafqazinfo” xəbər verir ki, səmada eyni anda iki göyqurşağının yaranması görənlərin marağına səbəb olub.

Yaşıl düzənliklərin üzərində ucalan rəngarəng qövslər boz buludlu səma ilə təzad təşkil edərək, sanki bir tablonu xatırladır.

Həmin görüntüləri təqdim edirik: