YAP namizədini seçmək üçün bir araya gəldi - Fotolar - Yenilənib

yap-namizedini-secmek-ucun-bir-araya-geldi
Oxunma sayı: 11633

Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, iclasda fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

***

Artıq YAP funksionerləri iclasın keçiriləcəyi mərkəzə gəlməyə başlayıblar.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

***

Yeni Azərbaycan Partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başa çatıb.

Zaur Mirzə

Fotolar: Pərvin Zeynal