Yaponiyada kimyəvi maddələr daşıyan tanker çevrildi - Ekipaj üzvləri axtarılır

yaponiyada-kimyevi-maddeler-dasiyan-tanker-cevrildi
Oxunma sayı: 2208

Yaponiyanın qərb sahillərində Cənubi Koreya bayrağı altında kimyəvi maddələr daşıyan tanker çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd olunub ki, ekipajın 5 üzvü hadisə nəticəsində itkin düşüb.

Məlumata görə, “KEOYOUNG SUN” adlı 870 tonluq tankerdən Şimonoseki sahillərində Mutsure adasının şimal-qərbində kömək çağırışı olunub.

O da bildirilib ki, tanker güclü külək və yüksək dalğalar səbəbindən çevrilib.

Hadisə zamanı yük gəmisində 8 İndoneziya, 2 Cənubi Koreya və 1 Çin vətəndaşı olmaqla ümumilikdə 11 ekipaj üzvü olub. Onlardan altısı xilas edilib.

Digər 5 nəfərin isə axtarışları davam edir.