Yasamalda konfrans keçirildi - Fotolar

yasamalda-konfrans-kecirildi
Oxunma sayı: 427

Yasamal rayonunda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı rayon konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova müasir Azərbaycan tarixində 30 il öncə qəbul edilmiş əsas qanunun siyasi, hüquqi və dövlətçilik əhəmiyyətindən söz açıb.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş konstitusiya Azərbaycan dövlətçiliyinin əsas hüquqi təməlinə çevrilib. Sonra tədbir iştirakçıları Ulu Öndərin ictimai-siyasi fəaliyyətindən bəhs edən qısa metrajlı filmə baxış keçiriblər.

Yasamal RİH başçısı Elşad Həsənov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi təməlini, cəmiyyətimizin inkişaf istiqamətlərini və vətəndaşlarımızın hüquq və azadlıqlarını müəyyən edən ali hüquqi sənəddir. Bu möhtəşəm sənədin yaranması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

E.Həsənov xatırladıb ki,1990-cı illərin əvvəllərində ölkəmiz ağır sınaqlarla üz-üzə qalmışdı: siyasi qeyri-sabitlik, iqtisadi böhran, hüquqi boşluq və dövlətçiliyə real təhlükələr mövcud idi. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilaskarı olub və onun möhkəm əsaslar üzərində qurulmasını təmin edib.

RİH başçısı vurğulayıb ki, Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun parlaq nümunəsidir. Bu Konstitusiya insan hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi müəyyən etdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi və milli maraqlara əsaslanan idarəçilik modelini formalaşdırıb.

Bildirilib ki, Prezident, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz güclü, müasir və qalib dövlətə çevrilib. O, cənab Prezidenti ad gün münasibətilə Yasamal rayon ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edərək, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəala fəxri fərmanlar təqdim edilib.