Türkiyənin milli müdafiə naziri Yaşar Güler PKK və onunla əlaqəli bütün qruplaşmaların silahlarını şərtsiz olaraq təslim etməli olduqlarını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə nazirlikdə keçirilən mərasimdə danışıb.
Y. Güler vurğulayıb ki, başda PKK, PYD, YPG və SDQ olmaqla, heç bir terror təşkilatının bölgədə kök salmasına imkan verilməyəcək.
O, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə başladılan “Terrorsuz Türkiyə” prosesinin uğurla davam etdiyini söyləyib. Nazir həmçinin silahlıların Suriya da daxil olmaqla bütün bölgələrdə fəaliyyətlərinə dərhal son qoymalı olduqlarını diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər