Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilir.
Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.
Son xəbərlər
Son Xəbərlər