Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən 7–11 sentyabr tarixlərində 12–16 yaşlı məktəblilər üçün yay məktəbi təşkil olunacaq.
“Qafqazinfo” xəbər verir ki, yay tətilinin son günlərini səmərəli və faydalı keçirmək məqsədilə keçiriləcək layihə çərçivəsində iştirakçılar su idmanı növləri ilə tanış olacaq, kayak, kanoe və akademik avarçəkmə üzrə praktiki məşğələlərdə iştirak edəcəklər.
Proqrama uşaqların Bakı Avarçəkmə və Kanoe İdmanı Klubuna gedişi-gəlişi (Azneft dairəsi / 09:00-16:00) və qidalanma daxildir.
Təlimlər zamanı iştirakçıların su idmanına marağının artırılması, fiziki aktivliyə və sağlam həyat tərzinə təşviq olunması əsas diqqət mərkəzində saxlanılacaq. Yay məktəbi çərçivəsində keçiriləcək məşğələlər zamanı xüsusi bacarığı və potensialı ilə seçilən uşaqlar da müəyyənləşdiriləcək.
Perspektivli iştirakçıların gələcəkdə su idmanı növləri üzrə məşqlərə cəlb olunması və onların idman karyeralarının inkişafına dəstək göstərilməsi nəzərdə tutulur.
Azərbaycan Su İdman Növləri Federasiyası bu layihə ilə məktəblilərin asudə vaxtının səmərəli təşkilinə, su idmanı növlərinin təbliğinə və yeni istedadların üzə çıxarılmasına töhfə verməyi qarşıya məqsəd qoyur.
Son xəbərlər
Son Xəbərlər