“Yeni Bakı”da maşının altında qalan 90 yaşlı qadın öldü

yeni-bakida-masinin-altinda-qalan-90-yasli-qadin-oldu
Oxunma sayı: 1715

Abşeron rayonu ərazisində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, martın 30-da saat 12:30 radələrində Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində 1988-ci il təvəllüdlü P.Çarullayev “Ford Tranzit” markalı avtomobili arxaya doğru hərəkət etdirərəkən 1934-cü il təvəllüdlü Hüseynova Zərxara Abbas qızını vurub.

Maşının altına yıxılaraq xəsarət alan qadın “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o, aprelin 3-də xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, istintaq aparılır.