Yeni baş məşqçi 500 min avro alacaq?

yeni-bas-mesqci-500-min-avro-alacaq
Oxunma sayı: 1209

Azərbaycan U-20 yığmasının baş məşqçisi Rui Jorjenin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev portuqaliyalı mütəxəssisin iki köməkçisinin də ölkəmizə gələcəyini bildirib.

“Onun iki köməkçisi olacaq. Onlar Azərbaycanda yaşayacaqlar. Bundan başqa bir yerli məşqçi də ona kömək edəcək. Həmin yerli məşqçinin kimliyi barədə hansısa məlumat yoxdur”. 

S.Hacıyev Rui Jorjenin 500 min avro maaş alacağı ilə bağlı suala da cavab verib: “Müqavilə şərtlərini heç zaman açıqlamırıq. Bu konfidensial məsələdir”.