Beşinci mövsümü maraqla gözlənilən “Kızılcık şerbeti” serialının heyətinə yeni aktrisa qatılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.
Bildirilib ki, Selin Türkmenin canlandırdığı “Çimen” obrazına yeni sezonda Asena Keskinci həyat verəcək.
Qeyd edək ki, türkiyəli aktrisa Asena Keskinci Türkiyənin bir vaxtlar məşhur serialı olan “Bez Bebek” serialında “Yağmur” obrazı ilə tanınıb.
O, bu yaxınlarda həmin serialdakı tərəf müqabili Evrim Akınla bağlı ciddi iddialar səsləndirmişdi. Həmin məsələ böyük qalmaqalla, hətta E. Akının layihəsini yarımçıq başa vurması ilə nəticələnmişdi.


Son xəbərlər
Son Xəbərlər