“Yenidən kansler olmaq istəyirəm” - Şolts

yeniden-kansler-olmaq-isteyirem
Oxunma sayı: 1033

Almaniya kansleri Olaf Şolts yenidən Almaniya hökumətinin başçısı postunu tutmaq istədiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, kansler bu barədə “T-online” portalına müsahibəsində bildirib.

“Açıq şəkildə deyirəm, yenidən seçilmək istəyirəm. Bütün gücüm qarşıdan gələn federal seçkilərdə qalib gəlməyə yönəlib”, - kansler vurğulayıb.

Qeyd edək ki, Olaf Şolts 2021-ci ildən bu postu tutur. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Almaniya parlamentini buraxıb. Bundestaqa yeni seçkilərin isə 23 fevral 2025-ci ildə keçirilməsi planlaşdırılır.