Yenidən Ronaldonun komanda yoldaşı ola bilər

yeniden-ronaldonun-komanda-yoldasi-ola-biler
Oxunma sayı: 1706

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Qafqazinfo” bu barədə xarici mətbuata istinadən xəbər verir.

32 yaşlı futbolçu ilə “Əl-Nəsr” maraqlanır. Klub rəhbərliyi yarımmüdafiəçinin Kriştiano Ronaldo ilə yaxşı münasibətinin olduğunu bilir və bu da transfer ehtimalını daha artırır.

Bildirilir ki, futbolçu özü də “Əl-Nəsr”ə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, bu mövsüm Kazemiro bütün turnirlərdə 22 matça çıxıb, 3 qol vurub. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. 

Xatırladaq ki, Kazemiro və Ronaldo “Real” və “Mançester Yunayted” komanda yoldaşı olublar.