“Yıldız Tilbenin Müğənni Vəfa Şərifova ilə heç bir əlaqəsi, əməkdaşlığı və ya görüşü olmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözlər Türkiyəli məşhur sənətçi Yıldız Tilbe instaqram səhifəsində onun vəkili Handan Bakbakın adından paylaşılıb.
Açıqlamada bildirilib ki, Yıldız Tilbeyə qarşı mətbuatda yer alan yalan, əsassız, ədalətsiz ittihamlar və iddialar özünü sosial şəbəkələrdə tanıtmaq və populyarlığını artırmaq məqsədi ilə yaradılıb.
“Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesablarında duet üçün Yıldız Tilbeyə 100 min dollar ödədiyini, lakin Yıldız Tilbenin bu pulu alsa da, ifadan imtina edərək onu çətin vəziyyətə qoyduğunu bildirib. Yıldız Tilbenin bu şəxslə heç bir əlaqəsi, əməkdaşlığı və ya görüşü olmayıb.
Bu vəziyyət tamamilə uydurma, təşkil edilmiş, qanuna zidd, qəsdən şəxsiyyətin nüfuz və namusunu hədəf alan, ən əsası isə çoxşaxəli cinayətdir. Lazımi hüquqi prosedurlara başlanılacaq. Bunu ictimaiyyətin və aidiyyəti tərəflərin diqqətinə çatdırırıq”, - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Vəfa Şərifova qonaq olduğu verilişlərin birində Yıldız Tilbe ilə duet oxuyacağını açıqlayıb. O bildirib ki, duet üçün 100 000 dollar verəcək və bu məbləği əldə etmək üçün avtomobilini satışa çıxarıb.
Son xəbərlər
Son Xəbərlər