Yol polisi yanğında çarəsiz qalan qadını xilas etdi - Video

yol-polisi-yanginda-caresiz-qalan-qadini-xilas-etdi
Oxunma sayı: 1316

Ötən gün Pirallahı rayonu ərazisində yerləşən evlərin birində baş vermiş yanğınla bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, yanğın vaxtı həmin ərazidə xidmət aparan DYP əməkdaşları təcili müdaxilə ediblər.

Onlar yanğının olduğu evə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını xilas ediblər.

Hadisə yerinə Təcili Tibbi Yardım və FHN əməkdaşları da cəlb olunub. Yanğın söndürülüb.