Yolları buz bağlayacaq...- - Sabaha olan hava proqnozu

yollari-buz-baglayacaq-
Oxunma sayı: 4632


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə,  bu gün gündüz saatlarından Qərb bölgəsindən başlayaraq yağıntılar kəsəcək. Sabahdan ölkə üzrə temperaturlar yüksəlməyə başlayacaq.

Bu gecə Bakıda şaxtalı hava şəraiti ilə bağlı yollar buz bağlayacaq.

Qeyd edək ki, Azərbaycan sinoptikləri fevralın 20-dən Azərbaycanda qeyri-sabit, soyuq hava şəraitinin hökm sürəcəyi barədə xəbərdarlıq etmişdi. Hazırda Bakıda qarlı, çovğunlu hava şəraiti hökm sürür.