Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.
SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və “KIA” markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.
İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonundan çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar”.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər