Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur

yuksek-vezife-verilen-polkovnik-kecmis-nazirin-ogludur
Oxunma sayı: 25161

Xəbər verdiyimiz kimi, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.

Fotoda keçmiş nazir Aydın Məmmədov

Nizam Rza