“Yüksəliş” müsabiqəsinin qalibləri arasında onlar da var

yukselis-musabiqesinin-qalibleri-arasinda-onlar-da-var
Oxunma sayı: 4380

Azərbaycanda üçüncü dəfədir keçirilən “Yüksəliş” müsabiqəsinin qalibləri arasında "2007-2015 Dövlət Proqramı" məzunları da var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, "2007-2015 Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış 5 nəfər Dövlət Proqramı məzunu ölkənin ən böyük bilik və istedad yarışması hesab edilən "Yüksəliş" müsabiqəsində iştirak edərək sahib olduqları yüksək intellektual səviyyə və idarəçilik bacarıqlarına görə müsabiqənin qalibləri seçiliblər. 

Qeyd edək ki, ötən gün üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlanıb. Müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. Onlardan 4-ü qadındır.