Yunanıstandakı qatar qəzasında 43 nəfər öldü - Video + Yenilənib

yunanistandaki-qatar-qezasinda-43-nefer-oldu
Oxunma sayı: 4303

Yunanıstanda sərnişin qatarı ilə yük qatarı toqquşub. 

"Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər yaralanıb.

Bildirilib ki, sərnişin qatarında olan 350 nəfərdən 270-i hadisə yerindən təxliyə edilib.

***

Qəzada ölənlərin sayı 29 nəfərə çatıb.

Hadisə olan əraziyə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşınının gəldiyi bildirilir.

***

Hadisə nəticəsində həlak olanların sayı 32 nəfərə yüksəlib.

***

Yunanıstanda baş verən qatar qəzasında ölənlərin sayı 43-ə çatıb. 

Hadisədən sonra xəstəxanaya yerləşdirilən 72 nəfərdən 15-i isə artıq evə buraxılıb.