İtaliya Kubokunda sonuncu 1/4 final matçı başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, “Yuventus” doğma meydanda “Empoli”ni qəbul edib.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar daha dəqiq olublar (2:4).
Beləliklə də, “Empoli” yarımfinalda “Bolonya”ya rəqib olub, “Yuventus” isə kubokla vidalaşıb.
Qeyd edək ki, digər yarımfinal cütündə isə “İnter” “Milan”la yarışacaq.
Son xəbərlər
Son Xəbərlər