Yüzlərlə yük maşını gömrük-keçid məntəqələrində gözləyir

yuzlerle-yuk-masini-gomruk-kecid-menteqelerinde-gozleyir
Oxunma sayı: 2320

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı növbəti məlumatı açıqlayıb.

AYNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, hazırda 1745 yük maşını gömrük-keçid məntəqələrində gözləyir.

“Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı Körpü” gömrük postunda 1390, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var”, - məlumatda qeyd edilib.