Zakir Həsənov Pakistana getdi

zakir-hesenov-pakistana-getdi
Oxunma sayı: 1687

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan  Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.

Müdafiə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın “Milli Günü”nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.