Zakir Həsənov Türkiyədə səfərdədir - Video + Fotolar

zakir-hesenov-turkiyede-seferdedir
Oxunma sayı: 1995

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, Zakir Həsənov Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - “Anıtqəbir” memorialını ziyarət edib.

Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Zakir Həsənov Xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə ikitərəfli münasibətlər, eyni zamanda regional məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar arasında son görüş ötən ilin noyabrın 8-də baş tutmuşdu.