İspaniyanın “Zara” brendi modellərin xarici görünüşü ilə bağlı şikayətlər səbəbindən yay geyim kolleksiyasının reklam fotolarını öz saytından silib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
Qısa ağ paltar geyinmiş modelin şəkli Böyük Britaniyanın Reklam Standartları Təşkilatının (ASA) diqqətini çəkib.Təşkilatın məlumatına görə, qızın ayaqları və qolları olduqca arıq görünüb. Bundan əlavə, modelin düymələri açıq köynəkdə poza verdiyi daha bir kadr tənqid olunub. Təşkilat izah edib ki, bu cür reklamlar sağlam qadın orqanizmi ideyasını təhrif edir və körpücük sümüklərinin çıxması səbəbindən arıqlığı təbliğ edir.
Pərakəndə satıcı isə öz növbəsində bu iddialarla razılaşıb və fotoları saytdan yığışdırıb. Daha sonra “Zara” nümayəndələri modellərin səhhətində heç bir problem olmadığını təsdiqləyən tibbi arayışlara malik olduqlarını bildiriblər.


Son xəbərlər
Son Xəbərlər