Zaur Mikayılov Ucarda vətəndaşları qəbul etdi - Fotolar

zaur-mikayilov-ucarda-vetendaslari-qebul-etdi
Oxunma sayı: 502

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşlar iştirak edib.

Qəbuldan öncə Zaur Mikayılov və Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra ADSEA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.