Zaxarova ABŞ-nin irqçilik siyasətindən danışdı

zaxarova-abs-nin-irqcilik-siyasetinden-danisdi
Oxunma sayı: 1047

“Qərb başqalarına məsləhət verməzdən əvvəl öz irqçilik problemlərini həll etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalındakı paylaşımında Qərb ölkələrində irqçilik və neokolonializm təzahürləri ilə bağlı problemlərə diqqət çəkib.

Qərb ölkələri digər dövlətlərə məsləhət verməzdən əvvəl irqçilik və neokolonializm təzahürləri ilə bağlı problemləri öz daxilində həll etməlidir.

O, ABŞ-nin yürütdüyü yerli xalqlara qarşı ayrı-seçkilik məsələsini gündəmə gətirib.

“ABŞ-də 574 qəbilədən yalnız 326-nın qanuni anklavları var. Qalanları öz hüquqları uğrunda mübarizəni davam etdirirlər, amma təbii ki, boş yerə”, - o vurğulayıb.

Zaxarova irqçilik və yeni müstəmləkəçilik siyasətinin təzahürlərinin Avstraliyada da müşahidə olunduğuna diqqət çəkib.