Zəhərlənən polis xəstəxanada öldü

zeherlenen-polis-xestexanada-oldu
Oxunma sayı: 8587

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.