Zelenskayaya məxsus malikanə hərracda 44 milyona satıldı - Video

zelenskayaya-mexsus-malikane-herracda-44-milyona-satildi
Oxunma sayı: 4910

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayaya məxsus malikanə açıq hərracda 44,3 (810, 000 AZN) milyon rubla satılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.

Bildirilib ki, ev Yaltanın Livadiya qəsəbəsində yerləşir.

Qeyd edək ki, Krım Dövlət Şurasının spikeri Vladimir Konstantinov 2022-ci il martın sonunda Zelenskilər ailəsinin Yaltadakı mənzilinin Krımda özəlləşdirilməli olan əmlaklar siyahısına daxil edildiyini açıqlayıb. Daha sonra 24 may 2023-cü ildə milliləşdirilib və oktyabrın 7-də hərraca çıxarılıb.