Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Baxmut üzərində nəzarəti itirdiyini etiraf edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Məncə yox. Bu gün o, yalnız bizim qəlbimizdə qalıb”, - deyə Zelenski jurnalistlərin şəhərin hazırda Ukrayna hərbçilərinin nəzarətində olub-olmaması ilə bağlı sualına cavab verib.
Bunun faciə olduğuna deyən Ukrayna lideri "şəhərdən heç nə qalmadığını" bildirib.
Qeyd edək ki, aylardır 70 000 əhalisi olan Baxmut uğrunda savaş gedirdi. Son günlər Ukraynanın Baxmut istiqamətində irəlilədiyi bildirilsə də, dünən Rusiya Müdafiə Nazirliyi şəhərin ələ keçirildiyini açıqlayıb.
***
Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkə lideri Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirilməsinin təsdiqlənməsinə dair mətbuatda yayılan məlumatı təkzib edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, feysbukda yazıb.
Nikiforov Zelenskiyə ünvalanan sualın fərqli olduğuna bildirib:
“– Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar.
Prezidentin cavabı:
– Fikrimcə, yox.
Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.
Son xəbərlər
Son Xəbərlər