“Zelenski istedadlı artistdir”

zelenski-istedadli-artistdir
Oxunma sayı: 1256

“Zelenski istedadlı artistdir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ənənəvi illik mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskinin Kupyansk şəhərindən ünvanladığı videomüraciəti şərh edərkən bildirib. 

“Heç bir ironiyasız deyirəm. Biz bunu onun keçmiş filmlərindən də bilirik”, - Putin əlavə edib.

Putin Zelenskinin videomüraciət etdiyi yerin şəhərdən təxminən 1 km məsafədə yerləşdiyini qeyd edib. 

“Kandarda dayanmaq nəyə lazım? Gəlmisənsə, evin içinə daxil ol!”, - Rusiya lideri vurğulayıb.

Qeyd edək ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Prezident Vladimir Putinə adıçəkilən şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə edib. Dekabrın 12-də isə Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayaraq, “Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır” sözlərini əlavə edib. Rusiyanın müdafiə naziri Andrey Belousov dekabrın 17-də etdiyi məruzədə şəhərin yenidən Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini bəyan edib.