Ukrayna Prezidenti Volodimir Zelenski Litvanın paytaxtı Vilnüsə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Litvanın “LRT” telekanalı yayıb.
Ukrayna lideri Vilnüsdə “Buxarest doqquzluğu”nun sammitində iştirak edəcək.
Qeyd edək ki, “Buxarest doqquzluğu” 2015-ci ildə təsis edilib və tərkibinə Polşa, Çexiya, Slovakiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Latviya, Litva və estoniya daxildir.
Son xəbərlər
Son Xəbərlər