Zelenski xarici ölkələrə səfərlərini təxirə saldı

zelenski-xarici-olkelere-seferlerini-texire-saldi
Oxunma sayı: 1839

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə baş tutacaq bütün beynəlxalq tədbirlərdə iştirakını təxirə salıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Zelenskinin mətbuat katibi Sergey Nikiforov öz feysbuk hesabında paylaşıb.

Məlumata görə, Zelenskinin xarici səfərlərinin təxirə salınmasına səbəb Rusiya ordusunun Xarkov vilayətinə hücumundan sonra cəbhədə vəziyyətin gərginləşməsidir.

Qeyd edək ki, Zelenski mayın 17-də İspaniyaya səfər etməli idi. Səfər çərçivəsində ölkənin Baş naziri Pedro Sançeslə görüş və iki ölkə arasında təhlükəsizliklə bağlı yeni sazişin imzalanması planlaşdırılırdı.