Zelenskidən ABŞ-nin atəşkəs təklifinə - İlk reaksiya

zelenskiden-abs-nin-ateskes-teklifine
Oxunma sayı: 3892

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin Rusiya ilə atəşkəs təklifinin təfərrüatlarını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Ukrayna lideri bildirib ki, ABŞ-nin təklifi təkcə hava və dəniz deyil, bütün cəbhə xəttinə aiddir.

Zelenski Ciddə danışıqlarından sonra çıxışında ABŞ komandasına konstruktiv ünsiyyətə görə təşəkkür edib. O qeyd edib ki, atəşkəs müsbət təklifdir.