Zərdabda aztəminatlı ailələrin uşaqları üçün Yeni il şənliyi keçirilib

zerdabda-azteminatli-ailelerin-usaqlari-ucun-yeni-il-senliyi-kecirilib
Oxunma sayı: 639

Zərdab Rayon İcra hakimiyyəti Başçısı Aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 60 uşağın iştirak etdiyi tədbirdə uşaqlar üçün şirniyyat stolu açılıb, canlı musiqi təşkil edilib, bağça uşaqlarının iştirakı ilə səhnəciklər göstərilib. Uşaqların hər birinə bayram hədiyyələri verilib. Aztəminatlı ailələrin uşaqları mahnı oxuyub, rəqs ediblər.
Tədbir Zərdab rayon mədəniyyət evində keçirilib.