“Zirə” 5 futbolçu ilə müqaviləni uzatdı

zire-5-futbolcu-ile-muqavileni-uzatdi
Oxunma sayı: 243

“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Eren Aydınla 3, Davit Volkov, Aydın Bayramov, Elçin Əlicanovla 2 illik yeni müqavilə imzalanıb.

Həmçinin cari mövsümün əvvəlində 1+1 illik müqavilə imzalanan Enrike Kustodionun isə sözləşməsindəki 1 illik yeni müqavilə bəndi qüvvəyə minib.