Xəbər verdiyimiz kimi, “Tərtər işi”nə görə ittiham olunan general Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən eyni iclasda digər ittiham olunan zabitlər-Ziya Kazımov, Ülvi Rəşidov, İntiqam Məmmədov və Rahib Məmmədova da hökm oxunub.
Hökmə əsasən Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ. Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan polkovnik-leytenant Ziya Kazımov və mayor məhkəmə zalında həbs ediliblər.
Təqsirləndirilən şəxslər son sözlərində özlərini təqsirli bilmədiklərini deyərək, bəraət istəmişdilər.
Qeyd edək ki, Ziya Kazımov həm İkinci Qarabağ müharibəsində, həm son antiterror tədbirlərində iştirak edib. O, həbsinə qədər xidmətdə idi.
Sail Ağasəlim