Zurabişvili Avropa Parlamentində çıxış edəcək

zurabisvili-avropa-parlamentinde-cixis-edecek
Oxunma sayı: 2211

Gürcüstan Prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Parlamenti press-reliz yayıb.

Məlumata görə, Zurabişvilinin çıxışı saat 11:30-a planlaşdırılıb.

Onun nitqində Gürcüstandakı hazırkı vəziyyətin, ölkədə keçirilən prezident seçkilərinin qabardılacağı gözlənilir.