DSX generalları sərəncama göndərilməyib - Rəsmi açıqlama

dsx-generallari-serencama-gonderilmeyib-
Oxunma sayı: 12079

Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

DSX mətbuat xidmətinin əməkdaşı Rövşən Cahangirov "Qafqazinfo" ilə əlaqə saxlayaraq xidmətdə ümumiyyətlə heç bir yoxlamanın aparılmadığını bildirib. DSX rəsmisinin sözlərinə görə, generalların sərəncama göndərilməsi xəbəri də həqiqətə uyğun deyil. 

Xatırladaq ki, bu gün DSX-də yoxlamaların getdiyi və Dövlət Sərhəd Xidmətinin 4 generalının sərəncama götürüldüyü haqda məlumat yayılmışdı.