NATO XİN rəhbərləri Antalyada görüşəcək

nato-xin-rehberleri-antalyada-gorusecek
Oxunma sayı: 452

Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, 32 NATO müttəfiqinin təmsil olunacağı iclas mayın 14-15-də baş tutacaq.

24-25 iyun tarixlərində Haaqada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə hazırlıq Antalyada keçiriləcək bu toplantıda müttəfiq ölkələrin XİN rəhbərləri tərəfindən müzakirə olunacaq.

Qeyri-rəsmi sessiyada alyansın gündəliyində duran prioritet məsələlərlə bağlı Haaqa Sammitində qəbul oluna biləcək qərarların müzakirə ediləcəyi də gözlənilir.