Bakıda terror qurbanları üçün “Xatirə kitabı”... - Fotolar

bakida-terror-qurbanlari-ucun-xatire-kitabi
Oxunma sayı: 736

Parisdə törədilmiş silsilə terror aktları ilə əlaqədar Fransanın Azərbaycandakı səfirliyində “Xatirə kitabı” açılıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev Fransanın Azərbaycandakı səfirliyinə gələrək Prezident İlham Əliyevin və Azərbaycan Respublikası Hökumətinin adından Fransa Hökumətinə və xalqına başsağlığı verib və “Xatirə kitabı”nı imzalayıb.

Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdə fəaliyyət göstərən dini qurumların rəhbərləri Fransa xalqına başsağlığı verib və “xatirə kitabı”nı imzalayıblar.