Mədə ağrısına təbii yolla çarə

mede-agrisina-tebii-yolla-care
Oxunma sayı: 59459


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, isti suyun içərisinə çiy kartof doğramaqla mədə yanmasının qarşısını almaq mümkündür. Pomidor suyu isə hüceyrələri yeniləməkdə ən əsas vasitədir. Mədəsəində problem olanlar yedikləri yeməyə son dərəcə diqqət etməlidir. Məsələn, ağ şəkər yerinə qara şəkərdən istifadə edin. Bu həzm baxımından da çox faydalı olacaq. Bununla yanaşı, kök suyu və ya kələm suyundan istifadə etməklə mədə yanmasına və ağrılarına son qoya bilərsiniz. Mədə-bağırsaq sisteminə faydalı olan vasitələrdən bir də qatıqdır. Qatığın əsas xüsusiyyətlərindən biri bağırsaqların işinə kömək etməsidir. Yeməkdən əvvəl qatığın yeyilməsi həzm sistemini gücləndirir. Amma qatığı meyvəylə birlikdə istehlak etsəniz mədədə yanmaya səbəb ola bilər.