TQDK-dan imtahan açıqlaması

tqdk-dan-imtahan-aciqlamasi
Oxunma sayı: 1129


“Qafqazinfo”nun xəbərinə görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada təşkil olunub.Bütün binalarda imtahan eyni vaxtda- saat 11:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 26-da, II mərhələsi isə iyulun 27-də keçirilib.

İmtahan nəticələri yaxın saatlarda elan olunacaq.