Yeni sayt fəaliyyətə başladı - Qadınlara şad xəbər

yeni-sayt-fealiyyete-basladi-
Oxunma sayı: 3624

Azərbaycan internet məkanında yeni qadın saytı istifadəyə verilib.

"Qafqazinfo" xəbər verir ki, "Leydi.az" saytı modadan bürclərə, psixologiyadan sağlamlığa qədər maraqlandığınız bütün mövzularda faydalı məqalə və məsləhətləri tapa biləcəyiniz ünvandır. Sayt 27 oktyabr 2015-ci il tarixindən fəaliyyətə başlayıb.

"Baxımlı qadın çirkin ola bilməz" devizi ilə fəaliyyətə başlayan sayt hər yaş qrupundan xanımların marağına səbəb olacaq. Gözəllik, Moda, Qadın, Bürclər, Psixologiya, Evlilik, Sağlamlıq kateqoriyaları ilə yanaşı maraqlı testlərə də yer ayrılacaq.

Bir sözlə saytda qadınlara aid bütün mövzular işıqlandırılacaq.

www.leydi.az linkinə daxil olaraq saytla tanış olub, faydalı məqalələri oxuya bilərsiniz.