Ebru və “sevgilisi”ndən heç kəs yazmayacaq - Məhkəmə qərarı

ebru-ve-sevgilisinden-hec-kes-yazmayacaq
Oxunma sayı: 2095

Bir müddət əvvəl müğənni Ebru Gündeşlə futbolçu Ufuk Ceylanla eşq yaşamağı barədə xəbərlər yayılmışdı.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sənətçi mətbuatın bu cür məlumatları dərc etməsindən narahat olub.

O, əvvəlcə xəbərlərin yayımlanmasına qadağa qoyulması ilə bağlı İstanbul 7-ci Hüquq Məhkəməsinə müraciət edib.

Lakin, məhkəmə sözügedən müraciəti qəbul etməyib. 

Gündeş daha sonra İstanbul 11-ci Hüquq Məhkəməsinə ərizə yazıb. Yazıda qeyd olunub ki, qəzet və saytların mövzu ilə bağlı material dərc edilməsinə qadağa qoyulmalıdır.

Məhkəmə Ebrunun lehinə qərar çıxarıb.