ATV telekanalında yayımlanan qardaşlar serialı artıq onu izləyənlərin sevimlisinə çevrilə bilib.
“Qafqazinfo”nun məlumatına görə, serialda iki xasiyyətcə bir-birinə əks olan qardaşlardan bəhs olunur. Baş rollarda Fərda Xudaverdiyev, Ənvər Abbasov, onların xanımları Tünzalə Əliyeva və Vüsalə Əlizadə canlandırır. Bundan başqa serialda aktyor Ələkbər Əliyev, Naibə Allahverdiyeva, Vəfa Zeynalova da rol alıb. Komediya janrında olan serialın ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov və Tərlan Nur Yaşardır. Baş prodüseri tanınmış gülüş ustası Elməddin Cəfərov, quruluşçu rejissoru isə Ramin Hacıyevdir.
Hər həftənin şənbə günü ATV-nin efirində, bu iki qardaşın başına gələn maraqlı və gülməli hadisələri saat 20:00-da izləyə bilərsiniz.
Serialın informasiya dəstəyi "Qafqazinfo"ya məxsusdur.
Son xəbərlər
Son Xəbərlər