Bu sözləri “Qafqazinfo”ya açıqlamasında ANS-dən ayrılan ANS ÇM radiosunun baş redaktoru Mətanət Əliverdiyeva radiodan nə səbəbə ayrıldığına aydınlıq gətirərkən deyib. O, bildirib ki, həmin çəkilişlərdən sonra Vahid Mustafayev onunla prinsipə girib: “Belə ki, Vahid Mustafayev “Xoca” filmində mənə rol təklif etmişdi və mən razılaşmışdım. Həmin səhnənin çəkilişi qışın ən soyuq günlərində Şəkidə planlaşdırılırdı. Mən isə bundan imtina elədim. Bu ailəmdəki vəziyyətlə bağlı idi, çünki uşaqları bağçaya aparmalı idim. O vaxtdan Vahid Mustafayev mənim bütün işlərimə müdaxilə etdi və mənimlə prinsipə başladı. Bu prinsip son günlərə qədər davam edirdi. “Unibank”la bağlı reklamdan sonra isə Vahid Mustafayev maaşımı tam şəkildə vermək istəmədi. Bunun səbəbi kimi deyirdi ki, necə olur ki, bankın reklamına vaxt tapa bilirsən, amma “Xoca”ya vaxt tapmadın?”.
M. Əliverdiyeva səsinin heç kəsin özəlləşdirə bilməyəcəyini vurğulayıb: “Öz səsimdən istədiyim kimi istifadə edirəm və edəcəyəm. Amma belə münasibət olmaz axı? Mən 18 ildir orda çalışmışam, onlardan insani münasibət gözləyirdim. Onlar kimi villalarım, böyük imkanlarım yoxdur. Bu reklama görə isə çox cüzi bir məbləğ almışam”.
Son xəbərlər
Son Xəbərlər