Bakı Hüquq Mərkəzi Formula 1 - Avropa Qran Prisinin hüquqi tərəfdaşı seçilib

baki-huquq-merkezi-formula-1-avropa-qran-prisinin-huquqi-terefdasi-secilib
Oxunma sayı: 686

2016-cı ilin iyun ayında ölkəmizdə Formula 1 – Avropa Qran Prisi avtomobil yarışları baş tutacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Formula 1 ilə əlaqəli avtomobil yarışı olan Avropa Qran Prisi 1980-ci illərin ortasından etibarən keçirilməyə başlanıb və 1999-2012-ci il tarixləri arasında müntəzəm şəkildə təşkil olunub. Bu qəbildən olan sonuncu yarış 2008-2012-ci illərdə İspaniyada “Valensiya küçə halqası” adı altında keçirilibr. Qeyd olunan yarış 2016-cı ildən etibarən Azərbaycanın paytaxtı – Bakı şəhərində yenidən keçiriləcək.

Ölkəmizdə yarışın təşkili və keçirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin yanında Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yaradılıb və Bakı Hüquq Mərkəzinin bundan əvvəl - I Avropa Oyunlarındakı müsbət təcrübəsi nəzərə alınaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin hüquqi tərəfdaşı seçilib.

40-dan artıq heyəti ilə fəaliyyət göstərən Bakı Hüquq Mərkəzi regionun ən iri hüquq şirkətlərindən biri olmaqla çoxspektrli hüquqi xidmətlərin göstərilməsi sahəsində böyük təcrübəyə malikdir. Eyni zamanda, hüquq şirkətlərinin nüfuzlu beynəlxalq reytinq cədvəllərinə (Legal500, IFLR1000) əsasən, Bakı Hüquq Mərkəzi hüquqi xidmətlər göstərən şirkətlər arasında aparıcı yerlərdən birini tutur.