“Bu gün qızıl medal gözləyirdim”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında komandamızın göstərdiyi nəticədən danışıb:
“Birinci öz səhvlərimizə baxıb onları düzəltməyə çalışmalıyıq. İşimiz çoxdur. Uşaqlar yaxşıdır və yaxşı çıxış edirlər. Onların mübarizəsi məni sevindirdi. Qızlarda da inkişaf var”.
R.Rəsullu yarımfinalda Balabəy Ağayevə qarşı hakim səhvi ilə bağlı suala da cavab verib:
“Bu görüşlə bağlı fikirlər müxtəlifdir. Mütəxəssislər fərqli fikirlər deyir və onlardan soruşa bilərsiniz. Balabəy çox yaxşı formada idi. Əgər nəticə dəyişməyəcəksə, rəsmi şəkildə niyə müraciət edək? Əlbəttə ki, səssiz qalmayacağıq, bu mövzuda işləyəcəyik. Bunun başqa yolları var”.
Federasiya rəsmisi qarşıdakı günlərdə idmançılarımızın çıxışına toxunub:
“Proqnoz verənlərin əkəriyyəti yanılırlar. Burada nəsə demək olmaz. Kim deyərdi ki, Şəfəq Həmidova dünya çempionu Assunta Skuttonu məğlub edəcək? Amma bu baş verdi”.
Son xəbərlər
Son Xəbərlər