Sabirabadda iki gəncin meyiti tapıldı

sabirabadda-iki-gencin-meyiti-tapildi
Oxunma sayı: 1889

Sabirabad rayonunda 18 yaşlı qızın meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, aprelin 15-i saat 14 radələrində 2008-ci il təvəllüdlü Qaragüney kənd sakini Nuranə Əliyevanın meyiti yaşadığı evin həyətindəki yardımçı təsərrüfatda aşkar edilib.

Oxşar hadisə aprelin 15-i saat 17 radələrində Güdəcühür kəndində də baş verib.

Belə ki, 2009-cu il təvəllüdlü Aydın Kərimovun meyiti yaşadığı evin həyətində tapılıb.

Hər iki faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.